XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

16 Noyabr 2015 - 17:08

Azərbaycanda internet böhranı – Nazir əvəzi hadisə yerindədir

internet-1.jpg

Rabitə və yüksək texnologiyalar nazirinin əvəzi İltimas Məmmədov “Delta Telecom” şirkətinə gedib və ölkəni internetsiz qoyan qəzanın səbəblərini araşdırır.

Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat verilib.

Digər məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət xüsusi qrup da “Delta Telecom” şirkətinə gedib. Onlar da bu gün provayder şirkətinin xətlərində baş vermiş yanğının səbəblərini araşdırmaqla məşğuldur.

Hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, yanğının səbəblərinə dair hələ konkret versiya yoxdur.

Rabitə Nazirliyindəki mənbələr isə artıq ilkin versiyanın olduğunu bildiriblər. Mənbənin sözlərinə görə, bu gün səhər nazirlikdə keçirilən iclasda sistemin gücünü artırmaq üçün mütəxəssislərin provayder şirkətinin avadanlıqlarının modernləşdirilməsinə başlayacağı qeyd olunub.

Məlumata görə, bu işlər bu gün axşama qədər yekunlaşmalı idi. Belə güman edilir ki, yanğın da xətlərin Yasamal rayonu ərazisindən (“20 yanvar” metrosu tərəfdə) keçən hissəsində iş görülərkən baş verib.

Rabitə Nazirliyindən o da əlavə olunub ki, internet verilişi yaxın bir neçə saat ərzində bərpa olunacaq.

Virtualaz.org

*** 17:47

Azərbaycanda internetin kəsilməsinin səbəbi “Delta Telecom” telekommunikasiya provayderinin xətlərində baş vermiş güclü yanğındır.

Bu barədə virtualaz.org saytına Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat veriblər.

Xəbərə görə, FHN yanğını artıq söndürüb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisləri yanğının nəticələrinin aradan qaldırılması ilə məşğuldur.

“Bir neçə saatdan sonra internet olacaq” – deyə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər.

 

* * * 17:04

Bu gün saat 16:10 radələrində Azərbaycan ərazisinin əksər hissəsində internet əlaqəsi kəsilib.

Virtualaz.org saytı xəbər verir ki, ölkənin əksər internet provayderlərinin abonentləri qlobal şəbəkəyə qoşula bilməyiblər.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən virtualaz.org saytına hələlik onlara məlum olmayan səbəbdən ölkə ərazisinin əksər hissəsində internet əlaqəsinin kəsildiyini təsdiq ediblər.

Nazirlik hazırda internetin kəsilməsinin səbəblərinin araşdırdıqlarını bildirib. Hələlik rəsmi olaraq təsdiqlənməyən məlumata görə, problemin səbəbi ölkədə internet təchizatının böyük əksəriyyətinə nəzarət edən “Delta Telekom” şirkətinin serverlərinin çökməsidir.

Hazırda internet əlaqəsi ancaq “Bakcell” və “Nar Mobile” mobil rabitə operatorlarının 3G xidməti üzərindən mümkündür.

İnternetin kəsilməsi ilə əlaqədar ölkədə online bank əməliyyatları dayanıb, elektron ödəmə sistemlərinin işi iflic olub. Habelə online bilet satışı sistemi çöküb. İri şirkətlərin işi dayanıb, digər fəsadlar meydana çıxıb.

Virtualaz.org