XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 May 2017 - 11:02

Rusiyada təyyarə sərt eniş etdi –1 hərbçi ölüb, 5 yaralı

Krasnodar Ali Aviasiya Məktəbi Aviabazasının An-26 təyyarəsi Saratov vilayətində sərt eniş edib.

Trend-in məlumatına görə, insident nəticəsində 1 hərbçi ölüb, 5 hərbçi xəstəxanaya yerləşdirilib.

Rusiya Müdafiə Nazirliyi İnformasiya və kommunikasiya departamentinin verdiyi məlumata görə, hadisə təlim-məşq uçuşu zamanı baş verib. Təyyarə sərt enişdən sonra yanmağa başlayıb.

Hazırda insidentlə bağlı araşdırma aparılır.