Antaliyada baş tutan G20 toplantısında çıxış edən Rusiya prezidenti Putin, İŞİD-lə bağlı gözlənilməz ifadələr işlədib. Putin, G20 sammitinə qatılan dövlətləri İŞİD-i maliyyələşdirməkdə ittiham edib: “İŞİD 40 ölkədən maliyyə dəstəyi alır. Bu ölkələr arasında G20 üzvləri də var”,– deyə Putin bildirib.
Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov da maraqlı açıqlamalarla yadda qalıb. Peskov Putinin Obama ilə görüşünün dönüş nöqtəsi olmadığını, fikir ayrılıqlarının olduğu kimi qaldığını bildirib: “Barak Obama ilə 20 dəqiqəlik görüşün ikitərəfli əlaqələrdə dönüş nöqtəsi olmasını gözləmək həqiqətdən uzaqdır. İki ölkə arasındakı fikir ayrılıqları olduğu kimi davam edir”.
azadliq.info