XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 May 2017 - 14:41

Moldova 5 rus diplomatını niyə qovdu? –Baş nazirdən açıqlama

"Biz Rusiya diplomatlarını xüsusi xidmət orqanlarından aldığımız məlumatlar əsasında arzuolunmaz şəxs elan etmişik".

Bunu jurnalistlərə açıqlamasında Moldova Baş naziri Pavel Filip söyləyib.

O, məhz hansı informsiyaya görə diplomatların ölkədən qovulmasını açıqlamayacağını bildirib:

“Qanunlar bunu etməyə imkan vermir. Bu, mənim deyə biləcəyim yeganə şeylərdir. Xüsusi xidmət orqanlarının informasiyasını sizə söyləyə bilmərəm”.

Moldova 5 rus diplomatı arzuolunmaz şəxs elan edib. Ölkə Prezidenti Dodon bunu Rusiya ilə ikitərəfli əlaqələrin inkişafına mane olmaq üçün atılan addım adlandırıb.

Qeyd edək ki, Dodon rusiyayönlü, Baş nazir Filip isə qərbyönlü siyasətçi hesab edilir/Axar.az