Azərbaycan Dillər Universitetində (ADU) dövlət imtahan formasının bərpasına etiraz edən tələbələrlə təhsil nazirinin müavini Ceyhun Bayramovun görüşü keçirilib.
“Report” xəbər verir ki, ADU-nun rektor əvəzi Əfqan Abdullayevin iştirak etmədiyi görüşdə nazir müavini bir neçə tələbənin tövsiyələrini dinləyib. O qeyd edib ki, tələbələrin təklifləri ADU-nun Elmi Şurasına veriləcək: “Sabah saat 14:00-da Elmi Şuranın iclasında veriləcək qərarda tələbələrin bütün fikirləri nəzərə alınacaq”.