Türkiyənin ev sahibliyi ilə noyabrın 15-16-da Antalyada keçən «G-20» sammitinin ən çox danışılan fotolarından biri ilə bağlı gözlənilməz açıqlama gəlib.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, söhbət, ABŞ prezidenti Barak Obama ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın birgə fotosundan gedir.
Türkiyə prezidentinin baş müşaviri Mustafa Varank bu fotonun gerçəyi əks etdirmədiyini bildirib.
Qeyd edək ki, fotoda Ərdoğanın Obamanın üzünə sığal çəkməsi sosial şəbəkələrdə xeyli müzakirə olunub.