XƏBƏR LENTİ

15 Dekabr 2019
14 Dekabr 2019

Digər Xəbərlər

30 May 2017 - 18:24

Jurnalist Əfqan Muxtarlı nədə günahlandırılır? –İttiham edildiyi maddələr açıqlandı

Ötən gün Tbilisidə saxlanılan jurnalist Əfqan Muxtarlı Azərbaycana gətirilib.

Bu barədə  məlumat verən vəkil Nemət Kərimli bildirib ki, onu Dövlət Sərhəd Xidmətinə gətiriblər. Vəkilin sözlərinə görə, Ə. Muxtarlı sabah məhkəmə qarşısına çıxarılacaq.

Onun hansı səbəbdən saxlanıldığı hələlik məlum deyil(APA)

****

Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilən jurnalist Əfqan Muxtarlıya qarşı irəli sürülmüş ittihamlar məlum olub. 

Bu barədə “Report”a vəkil Elçin Sadıqov məlumat verib. 

Onun sözlərinə görə, Ə.Muxtarlı Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) və 206.1-ci (qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların külli miqdarda keçirilməsi) maddələri ilə ittiham olunur. 

Vəkil bildirib ki, Ə.Muxtarlı barəsində sabah Səbail Rayon Məhkəməsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir.