XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 May 2017 - 21:32

Rouz Gettemüller:"NATO Gürcüstan limanlarında qoşun yerləşdirməyəcək"

"NATO Gürcüstan limanlarında qoşun yerləşdirməyəcək".

APA-nın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, bunu NATO baş katibinin müavini Rouz Gettemüller deyib.

NATO Qara dənizdə təhlükəsizliyi Rumıniyada komplektləşdirilən çoxmillətli briqadanın qüvvələri ilə təmin edəcək. Bu briqadaya ancaq alyans üzvlərinin hərbi birləşmələri daxil olacaq. Bu mərhələdə biz Gürcüstan limanlarında qüvvələrimizi yerləşdirmək niyyətində deyilik. Biz Qara dənizdə təhlükəsizlik kontekstində Gürcüstanla əməkdaşlığımızı həqiqətən qiymətləndiririk”, – deyə, o, söyləyib.