XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 November 2015 - 08:58

Obama Türkiyəni yenə məyus etdi: ““Güvənli bölgə” ideyası zərərlidir”

ABŞ prezidenti Barak Obama, Antaliyadakı G-20 sammiti sonrası təşkil etdiyi mətbuat konfransında maraqlı açıqlamalar verib.

Strateq.az-ın məlumatına görə, ABŞ prezidenti ölkəsinin Suriya torpaqlarında quru əməliyyatı keçirməyəcəyini və oraya əsgər göndərməklə problemin həll oluna bilməyəcəyini deyib. İraq və Əfqanıstan işğallarına eyham vuran Obama “keçmiş təcrübələr” in təkrarlanmasından narahatlıq keçirtdikləri üçün bu addımı atmayacaqlarını bildirib: “Deyək ki, Suriyaya 50 min əsgər göndərdik, Yəmən ya da Liviyada bir hücum olsa, nə edəcəyik?”

ABŞ prezidenti İŞİD-lə mübarizədə “güvənli və ya uçuşa qadağan bölgə” fikrinin də “zərərli” olduğunu və bu ideyanın həmin coğrafiyaya əsgər göndərməyi zəruri hala gətirdiyini düşünür. Bu isə, təbii ki, ABŞ prezidentinin quru əməliyyatlarını inkar edən düşüncələrinə uyğun gəlmir.

Maraqlıdır ki, Obama Türkiyənin də eyni addım atmasını istəmir və müttəfiqinin israrlı tələblərinin İŞİD-lə mübarizəyə mənfi təsir edəcəyinə inanır.