XƏBƏR LENTİ

09 Dekabr 2019

Digər Xəbərlər

31 May 2017 - 13:40

Rusiya Türkiyəyə qarşı sanksiyaları qaldırdı –Putin fərman imzaladı

Rusiya Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyanı tam şəkildə aradan qaldırıb.

Strateq.az Rusiya mediasına istinadən bildirir ki, bu barədə Rusiya prezidenti Putin bu gün fərman imzalayıb.

Putin əsasən Türkiyə kompaniyalarının Rusiya ərazisində fəaliyyəti üzrə məhdudiyyətləri və Türkiyə vətəndaşlarının Rusiya ərazisində işləməsi ilə bağlı qadağanı aradan qaldırıb. Həmçinin 2016-cı il yanvarın 1-dən etibarən dayandırılan Rusiya və Türkiyə vətəndaşlarının vizasız səfərləri barədə sazişin fəaliyyəti də qismən bərpa edilib.

Viza məhdudiyyətinin aradan qaldırılması ilk növbədə Türkiyə Respublikasına məxsus təyyarələrin ekipaj üzvlərinə, həmçinin etibarlı xidməti pasportları olan və Rusiyaya qısamüddətli ezamiyyətə, o cümlədən diplomatik nümayəndəlik və konsulluq müəssisələrinə gələn Türkiyə vətəndaşlarına və onların ailə üzvlərinə şamil olunur.

Rusiya Xarici İşlər Nazirliyinə müəyyən olunmuş qaydada Türkiyə və Rusiya vətəndaşlarının qarşılıqlı səfərləri barədə hər iki ölkənin hökumətləri arasında sazişin “qismən bərpa olunması haqda Türkiyəyə bildiriş” göndərmək tapşırılıb.

Xatırladaq ki, 2015-ci ilin noyabr ayının 24-də Rusiya təyyarəsinin Türkiyə-Suriya sərhədində vurulmasından 4 gün sonra Putin Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiq edilməsi haqda sərəncam imzalamışdı.

Rusiya liderinin 2015-ci ilin noyabrın 28-i imzaladığı sanksiyalara dair sərəncama əsasən, Türkiyədən Rusiyaya gələn bəzi məhsuallara məhdidyyətlər qoyulması, habelə Rusiya şirkətlərinə türk işçilərin dəvət edimləsi və Rusiyada işləyən türklərin müqavilələrinin uzadılması qadağan edilmişdi.

Sənəddə həmçinin Rusiyadan Türkiyəyə bütün çarter uçuşlarının dayandırılmasına və Rusiyanın turizm şirkətlərinin Türkiyədə istirahət üçün turist vəsiqələrinin satışına son qoyulmuşdu.