XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

17 Noyabr 2015 - 10:43

Ağ Evdə milyardlıq korrupsiya – «WikiLeaks» ifşaedici məlumatlar yaydı

Qalmaqallı «WikiLeaks» saytı Ağ Evdəki korrupsiya ilə bağlı ifşaedici məlumatlar yayıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, korrupsiya qamaqalında Prezident Administrasiyasında çalışan 13 dövlət məmurunun adı keçir.

Audioyazı formasında yayılan məlumatlardan bəlli olur ki, bu məmurlardan 10-u Obamanın, 3-ü isə oğul Buşun prezidentliyi dövründə çalışıb. Hazırda ABŞ Ədliyyə Nazirliyi bu şəxslərlə bağlı təhqiqat aparır.

Korrupsiya qalmaqalı hər il həyata keçirilən «AbilityOne» dövlət proqramı ilə bağlıdır. 3 milyardlıq büdcəsi olan bu proqram fiziki imkanları məhdud olan 50 min insana iş imkanı yaradılmasını nəzərdə tutur. Bu vəsaitin 2,3 milyardı «SourceAmerica» qeyri-kommersiya təşkilatı vasitəsilə digər tərəfdaşlara paylanılır. 

«WikiLeaks» yazır ki, məbləğin təxminən yarısı əlillərə yox, yüngül fiziki məhdudiyyətləri olan insanlara ayrılıb. Sayt korrupsiyaya yol verən şəxslərin adlarını da açıqlayıb.