XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 November 2015 - 11:29

ABŞ-ın 7 ştatı Obamaya qarşı çıxdı – Qubernatorlar tabe olmaq istəmir

ABŞ-ın 7 ştatı – Texas, Arkanzas, İndiana, Luiziana, Missisipi, Alabama və Miçiqan prezident Barak Obamanın suriyalı qaçqınlarla bağlı qərarına tabe olmaq istəmir.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu ştatların qubernatorları suriyalı qaçqınları qəbul etməkdən imtina ediblər. Və Ağ Evin miqrant siyasətinə qarşı çıxdıqlarını bildiriblər. 

«Reuters»in məlumatına görə, qubernatorlar rəhbərlik etdikləri ştatlara suriyalı qaçqınların daxil olmasına imkan verməyəcəklərini bəyan ediblər. Onların sözlərinə görə, Paris terrorundan sonra bu qaçqınlara qapı açmaq böyük təhlükədir. 

Qeyd edək ki, Paris terrorçularından birinin cəsədinin yaxınlığında Suriya pasportu tapılmışdı.

ABŞ bu il 1682 suriyalı qaçqını qəbul edib. Suriyalı qaçqınların ən çox olduğu ştatlar Texas, Kaliforniya və Miçiqandır. 

ABŞ dövlət katibi Con Kerri gələn il Birləşmiş Ştatların dünyanın müxtəlif ölkələrindən 85 min qaçqın qəbul edəcəyini bildirib. 

«G-20» sammitinin dünənki iclasında prezident Barak Obama da ABŞ-ın Yaxın Şərqdən gələn qaçqınları qəbul edəcəyini, bunun əksinin Amerika dəyərlərinə xəyanət olacağını qeyd etmişdi.