XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

17 Noyabr 2015 - 12:24

Avropa Birliyi Paris terrorundan sonra miqrant siyasətini dəyişir – Rəsmi açıqlama

Noyabrın 13-də Fransada baş verən terrordan sonra bütün dünyanı maraqlandıran məsələlərdən biri də Avropa Birliyinin Yaxın Şərqdən gələn qaçqınlarla bağlı nə qərar verəcəyi idi. 

Paris terroru və terrorçulardan birinin suriyalı olması bu ölkədən gələn qaçqınlara «qırmızı işıq» yandırmaq üçün həm yaxşı əsas, həm də bəhanə yaratmışdı.

Terror aktından dərhal sonra Polşa və Fransadan buna eyham vuran açıqlamalar gəldi. Bu gün də ABŞ-ın 7 ştatının qubernatorları bəyan ediblər ki, Fransa terrorundan sonra suriyalı qaçqınları qəbul etmək istəmirlər. Bəs, bu məsələdə əsas söz sahibi olan Avropa Birliyi nə düşünür?

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini terrorun miqrant axını ilə bağlı olmadığını bildirib. 

Onun sözlərinə görə, Parisdəki terror Avropanın daxili təhlükəsizlik problemi ilə bağlıdır. 
Federika Mogerini bu iki problemi bir-birilə qarışdırmamağa çağırıb: «Bunları bir-birinə qarışdırmaq ictimai rəy üçün hədsiz dərəcədə təhlükəlidir”.