XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

17 Noyabr 2015 - 14:47

YAP-dan Çingiz Əsədullayevin ləğv edilən mandatı ilə bağlı – Açıqlama

Hakim Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Komissiyası tərəfindən 90 saylı Ağdaş Seçki Dairəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərarına münasibət bildirib.

Partiyanın Siyasi Şurasının üzvü və mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev AzVision.az-a deyib ki, seçki prosesi partiyada müzakirə olunmur. 

H. Paşayev deyib ki, Seçki Məcəlləsinin tələbləri pozulduğundan MSK dairənin nəticələrini ləğv edib və sonrakı proseslərlə bağlı MSK qərar verəcək. 

Qeyd edək ki, 90 saylı Ağdaş Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasından (YAP) deputatlığa namizədliyi irəli sürülmüş və deputatlığa namizədliyi qeydə alınmış İlqar Vəliyev və bu dairədə deputatlığa namizədliyi qeydə alınmış Qalib Qarayev adı çəkilən dairədə seçkinin nəticələrinin ləğv edilməsini xahiş edib. MSK səsvermə günü həmin dairədə ciddi pozuntulara yol verildiyini əsas gətirərək nəticələri ləğv edib.