XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

17 Noyabr 2015 - 16:24

İŞİD Britaniya büdcəsini “silkələyir” – 1900 casus, 2 milyard pul

Britaniya hökuməti Parisdəki terrordan sonra İŞİD-lə mübarizə üçün əlavə 1900 casus ayırmağa qərar verib. Müdafiə və təhlükəsizlik tədbirləri üçün yaxın 5 ildə Britaniya büdcəsindən 2 milyard funt-sterlinq xərclənəcək. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Devid Kameron məlumat verib.

Onun sözlərinə görə, hava müdafiəsi və təhlükəsizliyinə ayrılan vəsait də iki dəfə artırılaraq 18 milyon funt-sterlinqə çıxarılacaq. 

Baş nazir terror təhlükəsinin gələcək nəsilləri də təhdid etməməsi üçün daha çox canlı qüvvəyə ehtiyac olduğunu da bildirib.