XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 June 2017 - 18:26

Prezident icra başçısını vəzifədən çıxardı –Yeni təyinat

Prezident İlham Əliyev Şərur rayon İcra Hakimiyyətinin başçısı İbrahim İsmayıl oğlu Məmmədovu vəzifəsindən azad edib.

Strateq.az xəbər verir ki, Prezidentin digər sərəncamı ilə Kamal Camal oğlu Cəfərov Naxçıvan Muxtar Respublikasının Şərur Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Qeyd edək ki, Kamal Cəfərov 2014-cü ildən Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsində çalışıb.