XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 November 2015 - 08:12

Rabitədən çıxarılan və həbs edilən 14 vəzifəli şəxs – SİYAHI

Son dövrdə daha çox məmurun işdən azad olunduğu nazirliklər sırasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) on sıralarda yer alır. Belə ki, başda nazir Əli Abbasov olmaqla son dövrdə bu nazirlikdən işdən uzaqlaşdırılanların sayı 10-u keçib.

Strateq.az Trend-ə istinadən həmin şəxsləri dəqiq adlarını və bir zamanlar tutduqları vəzifələri təqdim edir:

1.Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov

2.Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov

3.Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov

4. Birliyin baş mühasibi Anar Mustafayev

5.”Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədov

6.MMC-nin baş mühasibi Oktay Rüstəmov

7.”Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev

8.”AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərov

9.”Bakı Telefon Rabitəsi” İB-nin Nizami telefon qovşağının rəisi Fətullah Seyidov

10.”Bakı Telefon Rabitəsi” İB-nin Nizami telefon qovşağının baş mühasibi Rəşad Məmmədov

11.”Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov

12.”Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov

13.”Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev

14.”3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov;

Xatırladaq ki, Baş Prokurorluqdan verilən məlumata görə, hətta RYTN-də 95 milyon manat vəsait mənimsənilib və nazirliyin struktur qurumlarının və tabeçilikdə olan müəssisə və əlaqəli şirkətlərin ayrı-ayrı rəhbər vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq-əməliyyat qrupu yaradılmaqla istintaq aparılır.