XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 November 2015 - 08:25

Parisdə antiterror əməliyyatı – “Canlı bomba” özünü partlatdı, ölənlər var (FOTOLAR)

13 noyabr terroru ilə bağlı Fransa paytaxtında xüsusi əməliyyat başladılıb. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Parisin Sen-Deni rayonunda keçirilən antiterror əməliyyatında ölənlər var. 

RTL radiosunun xəbərinə görə, ölən üç nəfərdən biri qadındır. Qadının üzərində partlayıcı qurğu aşkarlanıb. Bəzi yerli mənbələr “canl bomba” olan bu qadının özünü partlatdığı barədə xəbərlər yayıb. Bəzi mənbələrdə isə qadının buna imkan tapmadan polis tərəfindən zərərsizləşdirildiyi bildirilir. 

«Le Monde» isə atışma zamanı iki nəfərin öldüyü barədə xəbər yayıb. 

Məlumatlara görə, əməliyyat Paris terrorunun təşkilatçısı Abdelhamid Abaaudla bağlıdır. Əməliyyata havadan helikopter dəstəyi də verilir. Məlum olub ki, terrorçular Parisin mərkəzindəki bir evdə yaşayırmışlar.

Sen-Deni rayonunda 13 noyabr terrorunun əsas hədəflərindən biri olan «Stade de France» stadionu yerləşir. Əməliyyat davam edir.