XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

02 İyun 2017 - 14:01

Zakir Həsənov cəbhə xəttindəki səngərlərə getdi –Lələtəpə şəhidlərini yad etdi FOTOLAR

 Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin rəhbərliyi ötən ilin aprelində Lələtəpə uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların xatirəsinə Füzuli rayonunun Horadiz şəhərində ucaldılmış kompleksi ziyarət edərək, önünə əklil və gül dəstələri qoyub.

Ön xətdə düşmənlə üzbəüz səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri, general-polkovnik Zakir Həsənov qarşı tərəfin mövqelərini müşahidə edib, ərazidəki əməliyyat şəraiti və müdafiə zolağındakı vəziyyətlə tanış olub.

Cəbhə xəttində yerləşən hərbi hissələrdən birində yeni inşa edilmiş hamam-camaşırxana, qazanxana kompleksinin və ərzaq anbarının açılışından sonra nazirliyin rəhbər heyəti hərbi qulluqçuların döyüşə hazırlıq səviyyəsini və mənəvi-psixoloji vəziyyətini yoxlayıb, sosial-məişət şəraiti ilə maraqlanıb.

Sonra şəxsi heyətlə görüş keçirilib.