XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

02 İyun 2017 - 16:14

15-dən çox səfir Gürcüstan DİN rəhbərliyi ilə qapalı görüş keçirir –Əfqan Muxtarlı ilə bağlı müzakirə başlanıb

Gürcüstanda xarici ölkələrin səfirlərinin daxili işlər nazirinin müavini Şalva Xusişvili ilə qapalı görüşü keçirilir.

Strateq.az bildirir ki, Gürcüstan DİN-in binasında keçirilən görüşdə diplomatik korpusların nümayəndələri qatılıb. Gürcü KİV-lərinin məlumatına görə, görüş qapalı olsa da, orada azərbaycanlı jurnalist Əfqan Muxtarlının məsələsinin müzakirə olunduğu deyilir.

Qapalı görüşdə ABŞ səfiri Yan Kelli, Almaniya səfiri Hayke Renate Feyç, İsveç səfiri Martina Kvik, İtaliyadan attaşe Massimo Masonı, həmçinin Litva, Macarıstan, Yunanıstan, Fransa, Bolqarıstan, Estoniya, Britaniya, Hollandiya və digər ölkələrin diplomatları iştirak edir. Müzakirələrə Gürcüstan Dövlət Təhlükəsizliyi rəisinin müavinləri İosif Qoqaşvili və Aleksandr Tabatadze də qatılıb.