XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

18 Noyabr 2015 - 09:47

Parisdəki antiterror əməliyyatında dinc sakin öldü, terrorçular təslim olmur (VIDEO)

Fransanın paytaxtı Parisdə saatlar əvvəl başlayan antiterror əməliyyatı davam edir. Əməliyyat Paris terrorunun təşkilatçısı Abdelhamid Abaaudla bağlıdır.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, polis 5 terrorçunu həbs edib. Bir neçə terrorçu isə hələ də dirəniş göstərir və təslim olmaqdan imtina edir. Onlar Parisin mərkəzindəki bir evə sığınıblar.

Əməliyyat çərçivəsində atışma zamanı Sen-Deni rayonunun yerli sakini həyatını itirib, 2 polis əməkdaşı yaralanıb. Rayon sakinlərinə küçəyə çıxmaq qadağası qoyulub. Nəqliyyatın hərəkəti durdurulub, məktəblər qapadılıb.

Ərazidə yaşayan insanlar silah səsləri və bomba səsi eşitdiklərini bildiriblər. 

«Canlı bomba» olan qadın artıq zərərsizləşdirilib. Onun Fransa tarixində ilk qadın kamikadze oluduğu bildirilir.