XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

18 Noyabr 2015 - 10:00

Əli Abbasov YAP Siyasi Şurasından çıxarılacaq? – Partiyadan reaksiya

Xəbər verdiyimiz kimi, “Aztelekom”un həbs edilən sabiq baş direktoru Məhəmməd Məmmədov Yeni Azərbaycan Partiyasındakı (YAP) vəzifəsindən – Nəzarət-Təftiş Komissiyasının sədrliyindən çıxarılıb.

Bu haqda hakim partiya özü məlumat verib. Bəs Məhəmməd Məmmədov YAP üzvlüyündən də çıxarıla bilərmi?

YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bu barədə Modern.az saytına açıqlama verib. O deyib ki, Məhəmməd Məmmədovun partiya üzvlüyündən çıxarılması kimi bir məsələ hazırda müzakirə olunmur:

“Məhəmməd Məmmədovun YAP-dakı vəzifəsindən azad olunması ilə bağlı rəsmi məlumat verilib və əlavə şərhə ehtiyac yoxdur. Onun partiya üzvlüyündən çıxarılmasına gəlincə isə, belə bir məsələ müzakirə olunmur”.

YAP rəsmisi keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun partiyanın Siyasi Şurasından çıxarıla bilmə ehtimalı barədə sualı da cavablandırıb:

“Əli Abbasov dövlətdə tutduğu vəzifəsindən azad olunub, cinayət məsuliyyətinə cəlb olunmayıb. Bu isə onun siyasi məsuliyyətinə xitam verilməsi demək deyil. Onun partiyada tutduğu vəzifədən azad olunmasına ehtiyac yoxdur. Əli Abbasov Siyasi Şuranın üzvü olaraq qalır”.

Hüseyn Paşayev “MTN işi” ilə əlaqədar həbs olunanların neçəsinin YAP üzvü olması məsələsinə toxunaraq deyib ki, bu barədə statistika aparmayıblar:

“Əli Abbasov Siyasi Şuranın üzvüdür, o, vəzifəsindən azad olunub, həbs olunmayıb. Yeganə həbs olunanlar içində partiya üzvü olan Məhəmməd Məmmədovdur. Ola bilər ki, həbs olunan partiya üzvləri arasında rabitə sistemində çalışanlar olsun, ancaq olsalar belə, onlar sıravi üzvlərdir. Həbs olunanlardan neçəsinin partiya üzvü olduğu ilə bağlı bizdə dəqiq bir məlumat yoxdur, bu barədə heç nə deyə bilmərəm”.

Qeyd edək ki, son bir neçə gündə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 10-dan çox əməkdaşı həbs edilib.