XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

04 Aprel 2015 - 15:13

Qubad İbadoğlu İsa Qəmbərlə əlaqəni tam kəsdi – İstefa
Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu İsa Qəmbərlə əlaqələrini tam kəsdi.
Strateq.az xəbər verir ki, o, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin hazırda rəhbəri olduğu Milli Strateji Düşüncə Mərkəzindən də istefa verdiyini açıqlayıb.
Bu barədə Qubad İbadoğlu özünün “Facebook” səhifəsində yazıb:
“2014-cü ilin sentyabr ayından indiyə qədər Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) məşvərət heyətinin toplantılarında iştirak etmirəm. MSDM-nin bundan sonrakı iclaslarında da iştirak etmək fikrində olmadığıma görə, bu təşkilatdan və onun məşvərət heyətindən çıxdığımı bildirirəm”.
Strateq.az