XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 November 2015 - 11:14

Siyavuş Novruzov: “Başqalarına da ibrət olsun”

“Cənab prezidentin son vaxtlar bəzi nazirləri vəzifədən kənarlaşdırmasından digərləri ibrət götürməlidirlər”. Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

Vəzifədən kənarlaşdırılanlar arasında hakim partiyanın rəhbərliyində də təmsil olunanların olduğuna toxunan S.Novruzov qeyd edib ki, işinin öhdəsindən gələ bilməyənlər, etimadı doğrultmayanlar vəzifəsindən çıxarılıb: “Başqaları da bundan dərs çıxarmalıdırlar. ölkə başçısı dəfələrlə müşavirələrdə də bu barədə bildirib. Vəzifəli şəxslər bu tövsiyələri qəbul etməli, qanunlar əsasında işləməlidirlər”.
 
Vəzifəsindən kənarlaşdırılan və prezidentin etimadını doğrultmadığı bildirilən keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun YAP Siyasi Şurası üzvlüyündə qalıb-qalmamasına münasibət bildirən S. Novruzov deyib ki, lazım gəlsə, buna partiyanın İdarə Heyətində qərar veriləcək: “Bu, İdarə Heyətinin səlahiyyətində olan məsələdir”.