XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 June 2017 - 10:58

Londonda 2 terror aktı –6 nəfər ölüb, 48 nəfər yaralanıb

Böyük Britaniyanın paytaxtında baş verən 2 terror aktı nəticəsində azı 48 nəfər xəstəxanalara yerləşdirilib.

Bu haqda London təcili yardım xidməti xəbər verir.

Xidmətin Twitterdə yerləşdirdiyi məlumatda deyilir: "Londonun 5 xəstəxanasına 48 yaralı gətirilib və bir sıra digər yüngül bədən xəsarətləri olanlara isə hadisə yerində tibbi yardım göstərilib".

Xatırladaq ki, Londonda iyunun 4-də silsilə terror aktları təşkil olunub.

London-Bridc körpüsündə avtomobilin insanların üzərinə sürülməsi hadisəsi, “Borough Market”də və “Vauxhall” bölgəsində də bıçaqlı hücum olub.

Baş verən hücumlarda 6 nəfər ölüb, 30 nəfər isə xəstəxanaya yerləşdirilib. (Trend)