XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2015 - 17:27

“Söhbət siyasi fəaliyyət, mətbuat azadlığından gedir”… – Prezident

 

“Biz güclü demokratik təsisatlar yaratmışıq, müasir siyasi və çoxpartiyalı sistem qurmuşuq. Azərbaycan bütün azadlıqlara hörmət edildiyi bir ölkədir. Söhbət siyasi fəaliyyət azadlığından, mətbuat azadlığından, toplaşma azadlığından gedir”.

Bunu Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Prezident bəyan edib ki, Dünya Bankının qiymətləndirməsinə əsasən, 2008-ci ildə azərbaycanlıların yalnız 17 faizi internet istifadəçisi idi, 2015-ci ildə bu göstərici artıq 75 faiz təşkil edir:

“Bizim planımız bütün ölkə ərazisini genişzolaqlı pulsuz internet rabitəsi ilə əhatə etməkdir. Bu, mətbuat azadlığının, informasiya azadlığının bizim üçün prioritet məsələlər sırasına daxil edildiyini aydın nümayiş etdirir”.