Britaniya Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlamaq üçün BMT Təhlükəsizlik Şurasından mandat istəyib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Britaniya baş naziri Devid Kameron açıqlama verib.
Lakin Kameron Rusiyanın bu mandata «veto» qoyacağından ehtiyat edir. Baş nazirin fikrincə, Rusiya dəfələrlə belə bir qətnaməyə «veto» qoyacağını bəyan edib.
Britaniya müxalifəti bundan əvvəl dəfələrlə hökuməti BMT-nin mandatı olmadan İraqda İŞİD-ə əleyhinə əməliyyatlarda iştirak etdiyinə görə tənqid etmişdi.