XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

04 Aprel 2015 - 15:54

Tariyel Ağayevin kürəkəninin cinayət işi haqda yeni xəbər – Məhkəmə

Strateq.az-ın bir neçə gün əvvəl verdiyi xəbərə görə, alman vətəndaşı Vüsal Şilderi öldürməkdə təqsirli bilinən Elman İsgəndərovla Seymur Talıbovun barəsində ötən ilin dekabr ayının 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən çıxarılan hökmdən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır.

Strateq.az-ın məlumatına görə, təqsirləndirilənlərin şikayəti, prokurorun protesti əsasında Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə aprelin 1-də keçirlən iclasda qərar verilməyib. Hakim prosesi ayın 8-nə təxirə salıb: “çox güman ki, ayın 8-də hakim şikayətlər üzrə qərarını elan edəcək”.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıqovun hökmü ilə Cinayət Məcəlləsinin 120.2.5 və 228.4-cü maddələri ilə itiham olunan Elman İsgəndərova 15 il, Cinayət Məcəlləsinin 307.1-ci maddəs ilə təqsirləndirilən Seymur Talıbova isə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Prokuror cəzanın yüngül olmasından, təqsirləndirilənlər isə ağır olmasından şikayətçidirlər.

İstintaq materiallarına görə, Elman İsgəndərov qohumu Seymur Talıbov, Xəyal Əlizadə və qeyriləri ilə qabaqcadan əlbir olaraq, Vüsal Şilderi xeyli müddət izləyib. Daha sonra isə 2 may 2013-cü ildə günorta saatlarında Bakı şəhəri, Ə.Rəcəbli küçəsi 3 B saylı evin qarşısında onu boyun və ürək nahiyəsindən zərbələr endirməklə qətlə yetiriblər. Hadisədən iki gün sonra E.İsgəndərov şübhəli şəxs qismində tutulub. Seymur Talıbov isə hadisədən 2 ay sonra tutularaq istintaqa təhvil verilib. Sözügedən cinayətin digər iştirakçısı Xəyal Əlizadə isə istintaqdan qaçıb gizləndiyinə görə barəsində axtarış elan olunub.

Qeyd edək ki, Xəyal Əlizadə Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin sabiq köməkçisi Tariyel Ağayevin qızının həyat yoldaşıdır.

Strateq.az