XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 November 2015 - 21:14

İŞİD Rusiya təyyarəsini partladan bombanın fotosunu yaydı

İŞİD oktyabrın 31-də Misirin Şarm əl-Şeyx  şəhərindən Sankt-Peterburqa uçan və havaya qalxandan 23 dəqiqə sonra qəzaya uğrayan Rusiya təyyarəsini hansı bomba ilə partlatdığını açıqlayıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, İŞİD-in mətbuat orqanı olan «Dabiq» jurnalının 18 noyabr sayında təyyarədəki 224 nəfərin həyatına son qoyan bombanın fotosu və onun göyərtəyə necə keçirildiyi barədə məlumat dərc olunub.

İŞİD bildirir ki, bomba göyərtəyə dəmir qablı «Schweppes» içkisinin içində keçirilib.

Terrorçuların sözlərinə görə, əvvəlcə Qərb ölkələrindən birinə məxsus təyyarəni partlatmaq istəyiblər. Lakin Rusiya Suriyada əməliyyatlara başlayandan sonra fikirlərini dəyişiblər.   

İŞİD Şarm əl-Şeyx hava limanında nəzarətin zəif olduğunu və onların məhz bu boşluqdan istifadə edərək göyərtəyə bomba keçirə bildiklərini qeyd edib.

Jurnal Rusiya təyyarəsində ölən sərnişinlərin pasportlarının da fotolarını yayıb.

Bu gün Federal Təhlükəsizlik Xidmətinin ekspertləri açıqlama veriblər ki, bomba təyyarənin göyərtəsinə pəncərə tərəfdə olan oturacağın altına yerləşdirilib. 

İlk günlər Misir də, Rusiya da terror versiyasını inkar edərək bunu manipulyasiya adlanıdırırdı. Lakin artıq Rusiya da bunun qəza yox, terror olduğunu etiraf edir. 

Rusiya prezidenti Vladimir Putin bildirib ki, təyyarəni partladanlar tapılacaq və çox pis cəzalandırılacaq.