XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

04 İyun 2017 - 20:07

London polisi:"Teraktla bağlı 12 nəfər saxlanılıb"

Böyük Britaniyanın polisi Londonda baş verən teraktda iştirakda şübhəli bilinən 12 nəfəri saxlayıblar.

"RİA Novosti"nin verdiyi məlumata görə, bu haqda Skotland Yard bildirib.

Polisin bəyanatında deyilir: "Şübhəlilər Londonun şərqində Barkinq şəhərində əməliyyat zamanı həbs ediliblər".

Hazırda xüsusi xidmət orqanları terrorçuların birinin evində axtarış aparırlar.

Londonda iyunun 4-də silsilə terror aktları təşkil olunub.

London-Bridc körpüsündə avtomobilin insanların üzərinə sürülməsi hadisəsi, “Borough Market”də və “Vauxhall” bölgəsində də bıçaqlı hücum olub.

Baş verən hücumlarda 7 nəfər ölüb, 50 nəfər yaxın isə xəstəxanaya yerləşdirilib/Trend.