XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 June 2017 - 03:55

NATO Estoniyada da hərbi təlimlərə başlayır –1500 hərbçi qatılacaq

Bu gün Estoniyada NATO-nun “Saber Strike” beynəlxalq hərbi təlimləri başlayır.

APA-nın xəbərinə görə, bu barədə Estoniya ordusunun baş qərargahının məlumatında bildirilir.

İyunun 3-də Latviyada start götürən təlimlərin tərkib hissəsi olan “Saber Strike”a  yerli hərbçilərlə yanaşı, Estoniyada dislokasiya olunan NATO batalyonunun əsgərləri və Finlandiyanın mühəndis-istehkam qrupu qatılacaq.

Ümumilikdə, təlimlərdə 1 500 hərbçinin iştirakı nəzərdə tutulub. Təlimlərə ABŞ-ın AH-64 (Apache) və UH-64 (Black Hawk) hərbi helikopterləri də cəlb ediləcək.

NATO müntəzəm olaraq Baltikyanı ölkələrdə təlimlər keçirir. Bu il Latviya, Litva və Estoniyada 16 hərbi təlimin keçirilməsi planlaşdırılıb.