XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

05 İyun 2017 - 14:53

Sərhəd Qoşunlarının komandanı vəzifəsi ləğv edildi –General Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin rəisi təyin olundu

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” fərman imzalayıb.

”Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli fərmanı ilə təsdiq edilmiş Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinə əsasən Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı Dövlət Sərhəd Xidmətinə rəhbərlik edir. Dövlət Sərhəd Xidmətinin rəisi Azərbaycan prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

Dəyişikliyə əsasən Sərhəd Qoşunlarının komandanı vəzifəsi ləğv edilir. Dövlət Sərhəd Xidmətinin rəisi Dövlət Sərhəd Xidmətinə rəhbərlik edəcək.

İndiyə qədər Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini – Sərhəd Qoşunları Baş qərargahının rəisi və digər müavinləri vəzifələrinə, habelə ali zabit hərbi rütbəsi nəzərdə tutulmuş başqa vəzifələrə təyin və həmin vəzifələrdən azad etmə Dövlət Sərhəd Xidməti rəisinin təqdimatına əsasən Azərbaycan prezidenti tərəfindən həyata keçirilib.

Dəyişikliyə əsasən, Dövlət Sərhəd Xidmətində ali hərbi rütbəli vəzifələrə təyin və həmin vəzifələrdən azad etmə Dövlət Sərhəd Xidməti rəisinin təqdimatına əsasən Azərbaycan prezidenti tərəfindən həyata keçiriləcək.

***

Qeyd edək ki, Prezident  İlham Əliyev bu gün həm də Elçin Quliyevin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilməsi haqqında Sərəncam imzalayıb. Buna qədər Elçin Quliyevin rəsmi vəzifəsi “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı” kimi qeyd olunurdu.