XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

19 Noyabr 2015 - 09:43

Obama Putinə şərt qoydu: «Ya Əsəd, ya da…»

ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putinin qarşısına Suriya ilə bağlı iki şərt qoyub. Obama bildirib ki, Rusiya iki yoldan birini seçməlidir – ya Bəşər Əsədə dəstək, ya da Suriyanın bütövlüyü.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Əsəd hakimiyyətdə qalmağa davam etdikcə Suriyada vətəndaş müharibəsinin başa çatmayacağını deyib: “üstəlik Əsəd legitimliyini də qaytara bilməyəcək”. 

Obama Suriyada siyasi dəyişikliyi vacib sayaraq Bəşər Əsədi ölkənin gələcəyində görmədiyini bir daha bəyan edib. 

«The Wall Street Journal»ın yazdığına görə, Obama Administrasiyası avropalı və ərəb müttəfiqləri ilə birgə Rusiya ilə İranın Suriyadakı ittifaqını dağıtmağın yollarını axtarır.

Qəzetə açıqlama verən mənbə artıq Vaşinqtonun Suriyanın gələcəyinə dair məsələdə Rusiya ilə İran arasında yaranmış gərginliyi artırmağa nail olduğunu bildirib.