XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

19 Noyabr 2015 - 11:02

ABŞ Dövlət Departamenti bu ölkəyə xəbərdarlıq etdi: «Terror ola bilər!»

ABŞ Dövlət Departamentinə İtaliyada terror aktının olacağı barədə kəşfiyyat məlumatı daxil olub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, qurum dərhal ölkə rəhbərliyinə bununla bağlı xəbərdarlıq edib. Departamentdən bildiriblər ki, İtaliyada – əhalinin sıx olduğu yerlərdə terakt ola bilər.

Məlumata görə, İtaliyanın «La Skala» opera zalı, Müqəddəs Pyotr meydanı kimi, görkəmli yerləri də təhlükə zonasına daxildir. Xəbərdarlıq bütün səfirliklərə göndərilib.  

Terrorçuların İtaliyadakı amerikalı turistləri hədəf ala biləcəyi qeyd olunur.

Artıq İtaliya hüquq-mühafizə orqanları gözlənilən təhlükə ilə bağlı xəbərdar ediliblər. Xəbərdarlıqdan sonra xüsusən Vatikanda və meydanlarda təhlükəsizlik tədbirləri gücləndirilib.

ABŞ İtaliya hökumətinə təhlükəli saydığı 5 terrorçunun adını da göndərib.