XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

06 İyun 2017 - 12:13

ABŞ vitse-prezidenti dünya üçün3 əsas təhdidi açıqladı

ABŞ vitse-prezidenti Mayk Pens hesab edir ki, hazırda dünya üçün 3 əsas təhdid var – Rusiya, İran və terrorizm.

Pens bildirib ki, Birləşmiş Ştatlar bu təhdidlərə qarşı mübarizədə NATO-dakı müttəfiqlərinə kömək etməyə hazırdır.

 "Rusiya beynəlxalq sərhədləri güc yolu ilə dəyişməyə çalışır. İran Yaxın Şərqdə vəziyyəti destabilizə etməyə cəhd edir. İstənilən anda, istənilən yerə zərbə vura biləcək qlobal terrorizm təhdidi var. Dünya sovetlər dağılandan bu yana ən təlükəli dövrünü yaşayır", – deyə Pens qeyd edib.

Onun sözlərinə görə, Vaşinqton NATO çərçivəsində müttəfiqlik öhdəliklərini tam şəkildə həyata keçirməyə hazırdır: "NATO-nun bir üzvünə hücum hamımıza olan hücumdur".

Strateq.az