XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 June 2017 - 13:43

Suriya müxalifətinin dəstələriRaqqaya daxil olublar

Suriya müxalifəti alyansının “Suriya demokratik qüvvələri”nin (SDF) silahlı dəstələri (kürdlər və ərəblərdən ibarət dəstələr-red.) Raqqa şəhərinə daxil olublar.

Bunu alyansın nümayəndələrindən biri deyib.

O bildirib ki, hücum əməliyyatında ABŞ və tərəfdaşları xüsusi rol oynayıblar. Belə ki, koalisiyanın hərbi-hava qüvvələri İŞİD-in mövqelərinə zərbələr endirib, quru qoşunlar isə SDF döyüşçüləri ilə yanaşı döyüşüblər.

Suriya müxalifətinin dəstələri Raqqaya şərq istiqamətindən daxil olublar.

Qeyd edək ki, Raqqa 2013-cü ildə İŞİD-in nəzarətindədir. Şəhər terrorçuların qeyri-rəsmi paytaxtı sayılır. (APA)