XƏBƏR LENTİ

02 Mart 2021
01 Mart 2021

Digər Xəbərlər

06 İyun 2017 - 19:06

“Çox ciddi detalları razılaşdırmağa çalışırıq” –Lavrovdan Qarabağ açıqlaması

"Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər". 

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İ.Kant adına Baltik Federal Universitetinin tələbələri qarşısında çıxışı zamanı deyib. 

"Münaqişənin danışıqlardan başqa həll yolu yoxdur. Bir müddət əvvəl problemin danışıqlar yolu ilə həlli çox yaxın idi, lakin sonra tərəflər arasında müəyyən inamsızlıqlar yaranırdı. Buna baxmayaraq, münaqişənin nizamlanması istiqamətində işlər davam etdirilməlidir", – Rusiya XİN başçısı bildirib. 

Onun sözlərinə görə, danışıqlar prosesi zamanı müəyyən prinsiplər işlənib hazırlansa da, bir sıra ciddi detalların razılaşdırılması vacibdir: "Biz səylərimizi davam etdiririk. Bildiyiniz kimi, Rusiya, ABŞ və Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkələridir. Biz münaqişə tərəfləri ilə mütəmadi olaraq görüşürük və onlar arasında xırda, lakin çox ciddi detalları razılaşdırmağa çalışırıq". 

Report