XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

19 Noyabr 2015 - 17:38

Prezident İlham Əliyevlə Sərkisyan dekabrda görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan dekabrın əvvəllərində görüşə bilər.

“Ria-Novosti” xəbər verir ki, bu barədə Ermənistanın hakim partiyasının mətbuat katibi Eduard Şarmazanov deyib: “Prezidentlər önümüzdəki həftələrdə görüşə bilər. Hesab edirəm ki, bu, dekabrın əvvəlində baş verəcək”.
 
Prezidentlərin görüşəcəyi haqda məlumatı ABŞ-ın nüfuzlu beyin mərkəzi “Stratfor” da yazıb. Lakin görüşün yeri, yaxud dəqiq vaxtı haqda ətraflı məlumat verilmir. Bununla belə, xəbərdə görüşün Fransada keçiriləcəyi istisna olunmur(Publika.az).