XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 November 2015 - 20:19

İŞİD-dən yeni videomüraciət: “Ağ Evi partladacağıq”

İŞİD-in hədə dolu yeni videomüraciəti yayılıb. Videorolikdə qruplaşma Ağ Evi partladacağını, Fransadan sonra növbədə Vaşinqtonun olduğunu bildirib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın «Fox Nwes» telekanalı məlumat yayıb: «İŞİD-in vidomüraciətini əldə etmişik. Videoda iki nəfər ABŞ-ı təhdid edirək bildirir ki, Fransa birinci idi, növbədə ABŞ-dır».

Telekanal efirində videodan yalnız bir fraqmenti yayıb. Bu kadrda saqqalı kişi ABŞ və Ağ Evə təhdidlər ünvanlayır.

Kanalın Yaxın Şərq üzrə mütəxəssisləri terrorçuların sözlərini ingilis dilinə tərcümə edərək efirə veriblər.