İŞİD liderlərindən Əbu Bəkr və Əmad Ziya Suriyadakı döyüşlərdə qətlə yetirilib.
Strateq.az «İnterfaks»a istinadən xəbər verir ki, onların hər ikisi Rusiyanın İdlibə və Cub əl-Əxmara qanadlı raketlərdən endirdiyi zərbələrdən sonra həyatını itirib.
Rusiya Silahlı Qüvvələri Baş Qərargahının baş əməliyyatçısı general-polkovnik Andrey Kartopolov Əbu Bəkrin noyabrın 18-də dəfn edildiyini, eyni zamanda qruplaşmanın böyük itikilər verdiyini bildirib.