XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 İyun 2017 - 15:42

General məhkəməyə gəldi, jurnalistlərin sualından yayındı –VİDEO, FOTOLAR

Bu gün ləğv olunmuş MTN-nin generalı Akif Çovdarov, idarə rəisləri – Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində sabiq nazir Eldar Mahmudovun müavini, general Hilal Əsədov ifadə verib.

Prosesdən çıxan general Əsədov jurnalistlərə açıqlama verməkdən imtina edib.

O, avtomobilinə əyləşərək ərazidən uzaqlaşıb.

 

Qafqazinfo.az