İranın paytaxtı Tehranda bu gün baş verən iki ardıcıl teraktdan sonra 3-cü terrora da cəhd edilib.
Strateq.az xəbər verir ki, bu barədə İranın Daxili İşlər Nazirliyi açıqlama verib.
Nazirliyin rəsmi məlumatına görə, 3-cü terror hadisəsinin baş verməsinin qarşısı alınıb, terrorçu zərərsizləşdirilib.
Xatırladaq ki, bu gün "İŞİD” terror qruplaşmasının öz üzərinə götürdüyü İranda parlament binası və Ayətullah Xomeyninin türbəsinə edilən terror hücumunda ölənlərin sayı 12-yə çatıb, 39 nəfər yaralanıb.
Strateq.az