XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

07 İyun 2017 - 17:09

“Xəbər bizi olduqca kədərləndirdi və hiddətləndirdi…” –İlham Əliyev Ruhaniyə başsağlığı verdi

Prezident İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.

Strateq.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Tehranda törədilmiş terror aktları nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi və hiddətləndirdi.

Bu qanlı hadisə terrorizmin bütün dünya üçün dəhşətli bir bəlaya çevrildiyini, onun bütün təzahürlərinə qarşı birgə səylərlə və ardıcıl mübarizə aparılmasının vacibliyini bir daha təsdiq edir.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost və qardaş İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!".