İranın paytaxtı Tehranda baş verən terror hadisələri nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
Bu barədə İranın daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari deyib.
Bundan əvvəl 12 nəfərin öldüyü, 42-nin yaralandığı bildirilirdi.
Qeyd edək ki, ötən gün İran parlamentinə və İmam Xomeyni Türbəsinə terror hücumları olub.
Terrora görə məsuliyyəti İŞİD üzərinə götürüb. (APA)