Malinin paytaxtı Bamakoda cihadçılar «Radisson Blu» otelinə basqın ediblər.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fransa telekanallarından biri məlumat yayıb.
«Otelin 7-ci mərtəbəsinin dəhlizində atışma gedir, silah səsləri ara vermir» deyə, xəbərdə bildirilir.
İlkin məlumatlara görə, otel işçiləri və müştərilər arasında ölənlər var. Həmçinin terrorçuların 170 nəfəri girov götürdüyü bildirilir. Onlardan 30-u otel əməkdaşı, qalanları qonaqlardır.
«Europe 1» radiostansiyası bu oteldə əsasən məmurların istirahət etdiyini bildirir.
Oteldə atışma bu dəqiqələrdə də davam edir.