XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

08 İyun 2017 - 03:57

Tehran terrorunu İranəsilli şəxslər həyata keçirib –İranın Ali Milli Təhlükəsizlik Şurasının nümayəndəsndən açıqlama

Tehranda terror hücumlarını İranəsilli şəxslər həyata keçirib.

APA-nın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Rza Seyfullahi bildirib.

“Hücumu törədənlər əslən İranın müxtəlif bölgələrindən olan və İŞİD terror qruplaşmasına qoşulan şəxslər olub”, – deyə Rza Seyfullahi bildirib.

Qeyd edək ki, ötən gün İran parlamentinə və İmam Xomeyni Türbəsinə terror hücumları olub. Nəticədə 13 nəfər ölüb, 43 nəfər yaralanıb. Terrora görə məsuliyyəti İŞİD üzərinə götürüb.