XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

08 İyun 2017 - 10:02

“Heç bir dövlət beynəlxalq terrorizmlə mübarizədə təkbaşına qalib gələ bilməz” –Ruhani

İran Prezidenti Həsən Ruhani Tehranda törədilənterror aktları ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, Ruhani dünya dövlətlərini beynəlxalq terrorizmə qarşı birləşməyə çağırıb. 

O bildirib ki, terror təkcə İranın deyil, bütün dünyanın problemidir: “Qlobal xarakter daşıyan bu problemin tamamilə aradan qaldırılması üçün dünya dövlətləri mütləq birləşməlidirlər. Heç bir dövlət beynəlxalq terrorizmlə mübarizədə təkbaşına qalib gələ bilməz”.

Xatırladaq ki, iyunun 7-də Tehranda törədilən iki terror aktı zamanı 12 nəfər həlak olub.