XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 November 2015 - 10:57

Girovlardan 80-ni azad edildi – Fransa hadisə yerinə xüsusi təyinatlıları göndərdi (YENİLƏNİR)

Girovluqda olanlar arasında Fransa, Rusiya, Türkiyə və çin vətəndaşlarının olduğu bildirilir.

***

Fransa 40 nəfərdən ibarət xüsusi təyinatlı polis dəstəsini hadisə yerinə göndərib. Bununla yanaşı, Fransanın Cinayət Təhqiqatı İnstitutunun 10-a yaxın əməkdaşı da Maliyə yola salınıb. Qeyd edək ki, Qərbi Afrika ölkəsi olan Mali vaxtilə Fransanın müstəmləkəsi olub.

****

Mali polisi artıq 80 nəfəri girovluqdan azad edib. Yerli təhlükəsizlik qüvvələri “Le Figaro”ya  bildiriblər ki, içəridə qalan insanların həyatına birbaşa təhlükə yoxdur. İnsanlar öz nömrələrində gizləniblər.

***

Malinin paytaxtı Bamakoda terrorçuların ələ keçirdiyi «Radisson Blu» otelində gərginlik davam edir.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, girov götürülən 170 nəfərdən (30-u otelin əməkdaşları, qalanları qonaqlar) 7-si azad edilib.

Terrorçular onları «Quran»dan ayə oxuduqları üçün sərbəst buraxıblar.

ölənlərin sayının 3 olduğu bildirilir. Onların arasında otel işçiləri də var, müştərilər də. 
Basqından əvvəl oteldəki 190 nömrənin hamısı dolu olub.

Hələlik hücum edənlərin hansı terror təşkilatından olduğu bəlli deyil.