XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

08 İyun 2017 - 10:58

Türkiyədən Qətərə daha bir dəstək –Ərzaq məhsulları ilə təmin edəcək

Türkiyə Qətəri ərzaq məhsulları ilə təmin etməyi öz üzərinə götürəcək.

Bu məsələnin müzakirəsi üçün yaxın günlərdə Qətərdən Türkiyəyə xüsusi nümayəndə heyəti səfər edəcək.

Bundan əvvəl ərəb KİV-ləri yazmışdı ki, Qətərin ərzaq ehtiyatları ölkəyə 4 həftəyə qədər kifayət edəcək və rəsmi Doha içməli su və kənd təsərrüfatı məhsullarının təmin edilməsi məqsədilə Ankara və Tehranla danışıqlara başlayıb.

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv, Mavrikiy, Qəmər adaları və Seneqal da qoşulub.