XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2017 - 13:47

“Təhsil haqqında” qanuna niyə dəyişiklik edilir? –Deputat açıqladı

Xəbər verdiyimiz kimi, Azərbaycanda “Təhsil haqqında” qanuna dəyişiklik edilir.

Milli Məclisin  Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli  bildirib ki, Azərbaycanda elm və təhsil sahəsində ardıcıl islahatların həyata keçirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

 “Dəyişikliyə görə, ölkənin ali təhsil sistemində bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qruplarının təşkili nəzərdə tutulur. Məqsəd ölkəmizdə ali məktəblərə qəbul oluna bilməyən gənclərin xaricə axınının qarşısını almaq və bilik səviyyəsinin artırılmasına yardım etməkdir. Layihəyə görə, həmin hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanlarında müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunacaqlar”.

Qanuna dəyişiklik Milli Məclisin iyunun 13-də keçiriləcək iclasında müzakirə ediləcək/Modern.az